15 dekabr 2010 17:38
Rail Məlikov: Gəncəyə qələbə üçün gedirik
`Neftçi`nin və milli komandamızın futbolçusu Rail Məlikov Premyer Liqanın 18-ci turunda `Gəncə` ilə keçiriləcək oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi klubun rəsmi saytına açıqlamasında rəqibin evdə yaxşı oynadığını önə çəkib:
“Gəncə` ev oyunlarında çox güclu təsir bağışlayır. Təsadüfi deyil ki, rəqib `Xəzər Lənkəran` və `İnter` kimi komandaları xalsız yola salmağı bacarıb. Son oyunda `Bakı`ya məğlub olduğumuzdan, Gəncədə 3 xal qazanmaq bizə hava-su kimi lazımdır. Gəncəyə qələbə üçün gedirik və çalışıb onu əldə edəcəyik”.
