15 dekabr 2010 17:51
Tərlan Xəlilov 3 aydan sonra məşqlərə başladı
Mövsümlərarası hazırlıq dövründə AZAL-ın Türkiyədə keçirdiyi təlim-məşq toplanışında zədələnən Tərlan Xəlilov uzun fasilədən sonra məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, 3 ay əvvəl Ankarada qasıq nahiyəsindən əməliyyat olunan yarımmüdafiəçi artıq bərpa prosesini başa çatdırıb.
Tərlan bu gündən fərdi məşqlərə başlayıb. Onun yaxın günlərdə komanda ilə birlikdə məşqlərdə iştirak edəcəyi gözlənilir.
