15 dekabr 2010 18:02
Rəşad Sadıqovun komandası qış transfer planlarını açıqladı
Millimizin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi `Eskişehirspor` klubunun Superliqanın ikinci dövrəsi üçün transfer planları açıqlanıb. Azerisport.az xəbər verir ki, qış fasiləsində 3 oyunçuyla yollarını ayırmağı düşünən klub rəhbərliyi eyni sayda da yeni futbolçu almağa hazırlaşır.
Bu haqda klubun mətbuat xidmətinin rəhbəri Erdal Şahbaz jurnalistlərə açıqlamasında bildirib: “Klub prezidenti Halil Ünal, İstanbulda transfer çalışmalarına başladı. 28 nəfərlik heyətimiz var. Antalyada həyata keçiriləcək təlim-məşq toplanışına 21 nəfərlə gedəcəyik. 4 futbolçunu da əvəzedici komandadan götürəcəyik. Baş məşqçimiz Bülent Uyğun üç mövqeyə, üç futbolçu istəyib. Onun planında müdafiə, orta sahə və forvard oyunçusu var. Əlbəttə, gedəcək futbolçular da olacaq. Caner, Əmrə və Bülənt komandamızdan ayrılır. İcazə alaraq ölkəsinə gedən Vuçko ilə vağlı hələlik yekun qərar verilməyib. Gedəcək futbolmuların dəqiq siyahısı rəhbərliyin əlindədi. Bu haqda son qərarı onlar verəcək”.
