15 dekabr 2010 18:08
`İnter`in rəqibi Kazana gedəcək
2011-ci ildə Sankt-Peterburqda keçiriləcək “Birlik kubokun”da iştirak edəcək Tacikistan `İstiklol`unun hazırlıq qrafiki məlum olub. Azerisport.az Tacikistan mətbuatına istinadən xəbər verir ki, dekabrın 20-də komanda qısamüddətli məzuniyyətdən çıxaraq Düşənbədə məşqlərə başlayacaq.
`İnter`in qrup mərhələsindəki rəqibi ayın sonuna qədər məşqlər edəcək və sonra üç günlük istirahətə çıxacaq. Ardınca, yanvarın 3-də Düşənbə klubu Kazana on günlük təlim-məşq toplanışına yollanacaq və bu ərəfədə bir neçə yoxlama görüşləri keçirəcək.
