15 dekabr 2010 18:27
`Beşiktaş`ın oyunçusu millimizə rəqib oldu
`Adanaspor`un `Beşiktaş`da icarə əsasında forma geyən Avstraliya vətəndaşlığını daşıyan futbolçusu Ersan Adem Gülüm milli komanda seçimini açıqlayıb. Azerisport.az xəbər verir ki, son dövrlər `Beşiktaş`da sərgilədiyi oyunla göz oxşayan gənc müdafiəçi Azərbaycan millisinə rəqib olmağa qərar verib.
AÇ-2012-nin seçmə mərhələsində komandamızın rəqiblərindən olan Türkiyə yığmasının şərəfini qorumaq istədiyini bəyan edən Ersan Avstraliya millisinin çalışdırıcısı Holger Osiekin dəvətini rədd edib. Halbuki, bu mütəxəssis tərəfindən gələn ay Qətərdə təşkil olunacaq Asiya Kuboku üçün Avstraliya millisinin ilkin açıqlanan heyətində onun da adı vardı.
Qeyd edək ki, bu futbolçu Qus Hidddink tərəfində keçən ay baş tutan Hollandiya ilə yoldaşlıq oyununa çağırılmış, ancaq debüt etmək şansı qazanmamışdı. 23 yaşlı futbolçu buna baxmayaraq, yenə Türkiyə millisindən dəvət gözlədiyini bəyan edib.
