15 dekabr 2010 19:12

Argentina Braziliyanın 10 illik hegemonluğuna son qoydu

Argentina, futbolçu ixracına görə Braziliyanın son 10 ildəki hegemonluğuna son qoyub. Azerisport.az xəbər verir ki, bu ölkənin klubları 2009-2010 illəri aralığında ölkə xaricinə təxminən 1800 futbolçu göndərib.
 
Əslində isə son illər bir qayda olaraq əcnəbi futbolçu deyiləndə, sadəcə braziliyalılar ağıla gəlirdi. Bu ölkənin təmsilçiləri bu gün də öndə gedənlərdəndi. Lakin artıq argentinalılar qədər yox. Aparılan araşdırmalara görə, son bir il ərzində Braziliya xaricə 1440 futbolçi ixrac edibsə, argentinalılarda bu rəqəm 1800 olub.
 
Qeyd olunur ki, argentinalıların dünya bazarındakı çəkisinin bu şəkildə artımında Lionel Messinin böyük rolu var. Ölkədən ayrılan bir çox futbolçu hələ aşağı yaş qruplarından ibarət komandalarda forma geyən 14-15 yaşlı uşaqlardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.