15 dekabr 2010 11:05
`Bakı` `İnter`lə oyununun hazırlıqlarına itkilərlə başladı
Premyer Liqanın 18-ci turunun `İnter`lə qarşılaşacaq `Bakı` bu oyunun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, paytaxt komandası həmişəki kimi, məşqlərini klubun təlim- məşq bazasında həyata keçirir.
`Neftçi` üzərindəki qələbədən sonra bir günlük fasiləyə çıxan dünəndən etibarən yenidən bir araya gələn Vinfrid Şeferin yetirmələri əvvəlcə əsas təbii örtüklü meydanda yüngül qaçış hərəkətlərini yerinə yetiriblər. Ardından kiçik meydançada toplu çalışmalar və taktiki tapşırıqlar üzərində işləyən futbolçular məşqin sonunda iki komandaya bölünərək ikitərəfli oyunda qüvvələrini sınayıblar.
Ernad Skuliç məşqçi Norbert Haunsteinin nəzarəti altında fərdi məşq keçib. Qapıçı Marko Şarliyanın çiynindən zədələnməsi səbəbindən onu əvəzedici komandada olan həmkarı əvəzləyib.
Digər qapıçı Aqil Məmmədov və son oyunlarda sabit oyunu ilə diqqətləri çəkən gənc yarımmüdafiəçi Əziz Quliyev Berti Foqtsun dəvəti ilə Azərbaycan milli komandasının düşərgəsinə yollanıblar.
Hacı Əhmədov və Rəhman Hacıyev də məşqi kənardan izləyənlər arasında olublar. Hər iki futbolçu əməliyyatdan yeni çıxdıqları səsəsi ilə bir müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq.
