15 dekabr 2010 11:14
AFFA-dan növbəti futbol festivalı (FOTOREPORTAJ)
Şağan Olimpiya İdman Kompleksində Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi çərçivəsində «Statoil» festivalı keçirilib. Azerisport.az xəbər verir ki, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, AFFA-nın birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev, «Statoil» şirkətinin Dövlət və İctimai Əlaqələr üzrə direktoru Villi Eqset, şirkətin korporativ və sosial məsələlər üzrə baş məsləhətçisi Şeyda Mehdiyevanın iştirak etdiyi festivala Bakı və Sumqayıt şəhərlərindəki məktəblərdən olan uşaqlar və məşqçilər qatılıblar.
