15 dekabr 2010 11:32
Millimizin rəqibinə indi də `Ajax` göz dikib
Son günlər adı İngiltərənin `Chelsea` klubuyla yanaşı çəkilən Türkiyə millisinin çalışdırıcısı Qus Hiddinkə yeni müştəri tapılıb. Azerisport.az xəbər verir ki, AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan “ay-ulduzlular”ın hollandiyalı çalışdırıcısını indi də `Ajax` istəyir.
Özü də “Voetball International” nəşrinin xəbərinə görə, hollandiyalı məşqçiyə bu təklifi sözügedən ölkə futbolunun canlı əfsanəsi olan Yohan Kroyf edib. Bu iki nəfərin DÇ-2018-in ev sahibliyinin müəyyənləşdiyi zaman Sürixdə olarkən bir araya gəldiyi və müzakirələr apardığı da gələn xəbərlər arasındadı.
