15 dekabr 2010 00:08
Fransada ilin ən yaxşı legioner futbolçusu seçildi
Fransa çempionatında 2010-cu ilin ən yaxşı legioner futbolçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, `Paris Saint Germain` forması geyən perspektivli futbolcu Nene bu ölkənin ən yaxşı əcnəbi oyunçusu seçilib.
Qeyd edək ki, PSG-nin bu gənc üzvü Liqa 1-də indiyə qədər 11 qol vurmaqla, özündən kifayət qədər söz etdirməyi bacarıb. “France Football” nəşrinin keçirdiyi sorğuda məhz bu futbolçunun birinci olması ictimaiyyət tərəfindən də təəccüblü qarşılanmayıb. Çünki Nenenin böyük gələcəyinin olduğu bildirilir.
