15 dekabr 2010 12:56
Millimizin Dubay toplanışının vaxtı müəyyənləşdi
Futbol üzrə əsas milli komandamızın Dubayda keçirəcəyi təlim-məşq toplanışının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız Birləşmiş Ərəb Əmirliklərinə yanvarın 27-də yollanacaq və fevralın 10-na kimi orda olacaq.
Təlim-məşq toplanışı çərçivəsində komandamızın yoldaşlıq oyunu keçirməsi də planlaşıdırılır. Hansı ki, həmin oyunun fevralın 9-da, FİFA-nın yoldaşlıq görüşləri təyin etdiyi günə təsadüf edəcək və reytinq xalı da gətirə bilər.
