16 dekabr 2010 01:10

Mahir Şükürov: Hər futbolçu Rusiya Premyer Liqasında oynaya bilməzdi

Azərbaycan yığmasının və Mahaçqalanın `Anji` klubunun müdafiəçisi Mahir Şükürov azerisport.az və “Zerkalo”ya müsahibəsində ilin yekunları haqda danışıb və Rəşad Sadıqovu ilin ən yaxşı futbolçusu adlandırıb. Həmçinin bildirib ki, Mahaçqala klubunun artıq ona heç bir borcu qalmayıb.
 
- 2010-cu il sona yetir. İlin ən yaxşı futbolçusu haqda sizin fikirlərinizi bilmək istərdik.
- Heç bilirəm nə cavab verim? Fikirləşmək, il ərzində baş verənləri yada salmaq lazımdır. Yəqin ki, Rəşad Sadıqov. O həm klublarında, həm də yığmada yaxşı görünürdü. Yenə də sübut etdi ki, bizim Premyer Liqadan güclü çempionatlarda çıxış edə bilər.
 
- Hələ Türkiyə yığmasının qapısına qol da vurub...
- Hə, amma türkləri təkcə Sadıqov məğlub etmədi. Orada bütün komanda qələbə qazandı. Rəşadı onun liderlik keyfiyyətlərinə görə seçirəm. O, nəyi nə vaxt etməyi bilir.
 
- Amma buna baxmayaraq sorğuda Əfran İsmayılov liderlik edir...
- Mən başqasının fikrini şərh edə bilmərəm. Əfran artıq dörd aya yaxındır oynamır və əgər buna baxmayaraq yadda qala bilibsə, deməli xatırlanmağa layiqdir. Sadəcə ilin ən yaxşısını seçəndə hər şeyi ümumilikdə qiymətləndirmək lazımdır.
 
- Bəs məşqçi haqda?
- Yenə də çətin sualdır. Siz bunu bizdən yaxşı bilirsiniz. Ona görə də mənim fikrim olmadan müəyyən edə bilərsiniz. Kimisə seçmək çətindir. Azərbaycan çempionatı və ölkə kubokunda uğurlara görə qiymətləndirə bilmirəm. Avrokuboklarda - başqa məsələ, amma orada bizim klublara artıq qrup mərhələsində oynamaq vaxtıdır. Bax, əgər `Qarabağ` qrup mərhələsinə keçə bilsəydi, onda dərhal Qurban Qurbanov deyərdim.
 
- Bir neçə gündən sonra siz 2010-cu ildə Azərbaycan yığmasında ən çox görüş keçirmiş oyunçu kimi mükafat alacaqsınız.
- Bu haqda mənə hələ heç nə deməyiblər. Əgər belə də olsa, çox şad olaram. Yığma - karyeranın zirvəsidir.
 
- Sizin klub işləriniz necədir - `Anji` artıq borclarını ödəyib?
- Bütün komanda alacaqlarını alıb. Klub bizə borclu deyil. İndi dincəlirik və yanvarda növbəti mövsümə hazırlığa başlayacağıq.
 
- Siz yeni mövsümə `Anji`də başlayacaqsınız?
- Hələ ki, istirahət edirəm. Hətta müraciətlər olsa belə, onlar mənim menecerimə və kluba ünvanlanmalıdır. Belə işlərə qarışmıram. Çünki, hələlik mənim fikirlərim `Anji` ilə bağlıdır.
 
- Onda bilməlisiniz ki, martda komandanızın Bakıda toplanışı nəzərdə tutulub.
- Bu amilə çox şadam. İnanıram ki, bütün şərait yaradılacaq. Yəqin ki, komanda `Bakı` ilə yoldaşlıq görüşü keçirəcək. Maraqlı oyun olacaq. Belə görüşdə iştirak etmək xoş olacaq.
 
- Şəxsən sizin üçün 2010-cu il nə ilə yadda qaldı?
- `Anji`yə keçidlə. Hər futbolçu Rusiya Premyer Liqasında oynaya bilməzdi. Orada rəqabət çox güclüdür. Ancaq mən məşqçilərin və azarkeşlərin etimadını doğrulda bildim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.