16 dekabr 2010 01:26
Samir Nəsri ölkəsində ilin futbolçusu seçildi
Bu il İngiltərənin `Arsenal` klubunda sərgilədiyi performansla izləyənlərinin diqqətini çəkən fransalı ulduz Samir Nəsri, ölkəsində ilin futbolcusu seçilib. Azerisport.az xəbər verir ki, “France Football” nəşrinin keçirdiyi sorğu nəticəsində Fransada başa vurmaqda olduğumuz ilin ən yaxşı futbolçusu məhz ölkədən kənarda top qovan Nəsri olub.
İl ərzində çıxdığı 20 matçda sərgilədiyi əla performansla yanaşı, rəqib qapılarından 10 qol da keçirən 23 yaşlı futbolçu səsvermə zamanı ünlü fransız oyunçular - `Chelsea`li Floran Maludanı geridə qoyub. Üçüncü sırada isə `Lyon`nun qapıçısı Huqo Lyoris yer alıb.
