16 dekabr 2010 13:36
`Inter` həlledici oyun ərəfəsində aparıcı oyunçusunu itirdi
`Inter` klublar arasında təşkil olunan dünya çempionatının final matçında aparıcı oyunçusunun xidmətindən yararlana bilməyəcək. Azerisport.az xəbər verir ki, İtaliya çempionu hollandiyalı oyunçusu Uesli Sneyderin xidmətindən məhrum olub.
Buna, dünən keçirilən Cənubi Koreya təmsilçisi `Seongnam` ilə qarşılaşmanın (3:0) hələ ikinci dəqiqəsində Sneyderin ombasından zədələnərək, sıradan çıxması səbəb olub. Məhz bu üzdən hollandiyalı futbolçu oyunu erkən başa vurmalı olmuşdu. Lakin komanda yoldaşları onun yoxluğunda rəqibi 3 cavabsız qolla yenib, finala çıxmağı bacarmışdı.
