16 dekabr 2010 14:51
Cəmşid Məhərrəmov: Bizi heç-heçə də qane etməyəcək
`Bakı`nın kapitanı Cəmşid Məhərrəmov Premyer Liqanın növbəti turu çərçivəsində qarşılaşacaqları `İnter`lə oyun haqda fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində təcrübəli müdafiəçi bunları vurğulayıb:
“Əgər biz `Neftçi`yə qarşı sərgilədiyimiz oyunu onlarla görüşdə də təkrarlaya bilsək, rəqibimizin heç bir şansı olmayacaq. Ona görə də biz heç kimdən qorxmalı deyilik. `İnter` udulası rəqibdi. Onlar son turda xal itiriblər. Ona görə bu rəqiblə oyuna maksimum hazırlaşmaq lazımdı. Heç-heçə bizi qane etməyəcək. Çünki, `bankirlər`lə xallarımızı bərabərləşdirmək istəyirik”.
