16 dekabr 2010 15:47
Fariz Nəcəfov: Adamsın qarşısına çempionluq vəzifəsi qoyulmayıb
`Qəbələ`nin vitse-prezidenti Fariz Nəcəfov komandasının Azərbaycan Premyer Liqasındakı çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında klub rəsmisi bunları söyləyib:
“Biz komandanın hazırkı çıxışından razıyıq. Toni Adams və köməkçiləri mövsüm ərzində mümkün qədər çox xal qazanmağa çalışır. Halbuki, komandanın qarşısında hansısa çempionluq, mükafat qazanmaq hədəfi yoxdu. Bu, Adamsın ilk mövsümüdü. Onun vəzifəsi yeni, mübariz komanda yaratmaqdır. Mövsümün əvvəlindəki xal itkiləri də olmasaydı, yəqin ki, `Qəbələ` də liderlər arasında idi. Biz hazırda “ilk altılığ”a düşməyə çalışırıq. Buna görə qış fasiləsində güclənməyi düşünürük”.
