16 dekabr 2010 16:08
`Simurq` qış hazırlıq planlarını MOİK-lə oyundan sonra müəyyənləşdirəcək
Premyer Liqanın 18-ci turunda Tovuzda yerli `Turan` komandasının qonağı olacaq `Simurq` bazar günü keçiriləcək oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, qarşıdakı oyuna yüksək əhval-ruhiyyədə hazırlaşan baş məşqçi Qyoko Haciyevskinin yetirmələri `Turan`la oyunda qələbə hədəfləyir.
Bu arada komandanın gənc futbolçusu Mikayıl Rəhimov zədəsini sağaldaraq məşqlərə başlayıb. Klubdan verilən məlumata görə, həkimlər 23 yaşlı yarımmüdafiəçini həftəsonu `Turan`a qarşı keçiriləcək oyuna qədər tam sağaltmağa çalışırlar. Rəhimovun bazar günü keçiriləcək görüşdə iştirak etməsi isə oyun günü bilinəcək.
Qış transfer dövründə heyətini bir neçə təcrübəli futbolçu ilə gücləndirməyi düşünən Zaqatala təmsilçisinın təlim-məşq prosesini harada keçirəcəyi MOİK-lə oyundan sonra məlum olacaq.
