16 dekabr 2010 16:12

Cəmşid Məhərrəmov: `Bakı`sız ilk altılıq - sadəcə dəhşətli olar

`Bakı`nn kapitanı Cəmşid Məhərrəmov azerisport.az saytına müsahibəsində futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində `İnter`ə qarşı oyun haqda öz fikirlərini bölüşüb.
 
- `Neftçi` üzərində qələbədən sonra sizi çempiona qarşı görüş gözləyir. Bu oyuna hansı ümidlər bəsləyirsiniz?
- Biz `İnter`ə qalib gəlmək istəyirik. Belə ki, turnir cədvəlindəki vəziyyət hələ də bizi qane etmir. Heç-heçə haqda düşünmək belə lazım deyil. Bizi ancaq üç xal qane edər. Bilirik ki, rəqib sona qədər oynayacaq.
 
- `Bakı` nəyin hesabına `İnter`i məğlub edə bilər?
- Güclü komandalara qarşı oyunlarımız həmişə alınır. Maraqlıdır ki, ortabablarla həmişə xallar itiririk, amma favoritlərlə həmişə sona qədər oynayırıq. `İnter` adətən açıq futbol təklif edir. Bu isə bizə sərf edir.
 
- Çempionata uğursuz başlayandan sonra təsəvvür edə bilərdinizmi `İnter` üzərində qazanılacaq qələbə sizə çempiona çatmaq imkanı verəcək.
- Hazırda biz sadəcə xalları bərabərləşdirmək istəyirik. Həm də “altılıq” mərhələsinin başa çatması ərəfəsində son görüşlərdə bizi çətin oyunlar gözləyir. Bu, doğrudanda altı xallıq oyun olacaq. Biz onlara çatmaq imkanını qaçırmamalıyıq. `Neftçi`yə qarşı oynadığımız futbolu sərgiləsək, `İnter`in sadəcə şansı olmayacaq.
 
- Sizə əvvəllər də belə oynamağa nə mane olurdu?
- Öz potensialını açmaq həmişə mümkün olmur. Ancaq `Gəncə`yə qarşı səfər oyununda biz başa düşdük ki, hər şey plan üzrə gedir.
 
- `Simurq`a  məğlubiyyət də planlara daxil idi?
- Bax, orada biz çox rahatlaşdıq. Həmin gün `Simurq`un gəncləri ağıllı və işgüzar oynadı. Biz isə autsayderə qarşı oynadığımızı düşünürdük və bunun da cəfasını çəkdik.
 
- Şayiələr gəzir ki, `Neftçi` üzərində qələbəyə görə klub rəhbərliyi sanballı mükafat vəd edib.
- Bizim mükafatlarımız həmişə sanballıdır. Ancaq biz buna görə yox, titullara görə oynayırıq. Üstəlik, hər bir insan qazanmaq istəyir. Bizim heç vaxt maliyyə problemlərimiz olmayıb.
 
- `İnter`ə qayıdaq. Bu çox az qol buraxan komandalardandır. `Bakı`nın hücum xəti isə hələlik özünün ən yaxşı vəziyyətində deyil. Niyə?
- Məgər komanda qələbə qazanırsa, kimin qol vurduğunun fərqi var? Lap qapıçı olsun, nə olsun? Biz `İnter`i məğlub edə bilərik - üstəlik erkən qol vura bilsək. Bizimlə baş verənlərə təqsirkar bizik. `Bakı`sız ilk altılıq - sadəcə dəhşətli olar. Əgər biz orada olmasaq, bundan pisini fikrləşmək olmaz. Hər şeydən əvvəl özümüz təqsirkar olacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.