16 dekabr 2010 16:43
Di Stefano: Ronaldo Messidən daha yaxşı oyunçudu
Madrid `Real`ının canlı əfsanəsi Alfredo Di Stefano, Krisitano Ronaldonun Lionel Messidən daha yaxşı oyunçu olduğunu düşünür. Azerisport.az xəbər verir ki, o, dünən gecə qatıldığı bir tədbirdə jurnalistlərin suallarını cavablayarkən bu futbolçuları belə dəyərləndirib:
“Ronaldo Messidən daha yaxşıdı. Çünki bizim komandada oynayır. Mourinyo çox yaxşı komanda qurub. Qışda güclənməyə də ehtiyac durmuram. Sadəcə zamana ehtiyacımız var”.
