16 dekabr 2010 17:19
Mahir Şükürov məşqçisiz qaldı
Mahaçqalanın `Anji` klubunun məşqçisi Andrey Qusin karyerasını bundan sonra Kiyev `Dinamo`sunda davam etdirəcək. Azerisport.az xəbər verir ki, artıq Ukrayna klubunun rəhbərliyi Qusinə bununla bağlı rəsmi təklif də ünvanlayıb.
Millimizin müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi Rusiya klubunda baş məşqçi Hacı Hacıyevin köməkçisi olan Qusin Ukrayna təmsilçisinin əvəzedici komandasının sükanı arxasına aparılır. Onun gedişini aralarında bir qədər narazılıq olan həmyerlimizin xeyrinə hesab etmək olar.
