16 dekabr 2010 19:00

Rəşad Sadıqov: Seçmə mərhələdə çox xal toplayaraq tarix yaza bilərik

Azərbaycan yığmasının kapitanı, Türkiyənin `Eskişehirspor` klubunun müdafiəçisi Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi.
 
- Komanda ilə birlikdə məşq edirsiniz?
- Hə, şükür Allaha, hər şey qaydasındadır. Ümumi kollektivdə hazırlaşıram.
 
- Əsas heyətdə çıxışa hazırlaşırsınız?
- Çətin ki, bu baş versin. Son vaxtlar komanda yaxşı oynayır. Qalib heyəti isə dəyişmirlər. Burada məhz belədir.
 
- Siz ehtiyat oyunçular skamyasında qalmağa alışmamısız...
- Əsas heyətdə yerimi zədədən sonra itirdim. İndi öz şansımı gözləməliyəm. İlk imkanda bundan istifadə edəcəm. Bizdə Ümit Karan, Rodriqo Telyo əsas heyətə düşə bilmir. Bülent Uyğun adlara baxmır.
 
- `Eskişehirspor`un yüksəlişini nə ilə səciyyələndirərdiniz?
- Uyğunun gəlişindən sonra komanda yaxşıya doğru dəyişməyə başladı. Onun rəhbərliyi ilə biz yalnız bir oyunda - `Fenerbahçe` ilə səfər matçında məğlub olmuşuq. Qalan oyunlarda liderlərlə bir səviyyədə mübarizə aparmışıq və `Beşiktaş`ı məğlub etmişik. İndi bütün komanda ilə müdafiə olunuruq. Belə, əsasən qapını təhlükədən qorumaq asandır.
 
- Bakıda gənc oyunçuların iştirak etdiyi üçgünlük toplanış oldu. Onların Dubayda keçiriləcək təlim-məşq məşğələsinə gedəcəyi istisna deyil. Onların fəaliyyəti milli komandaya nə qədər kömək edə bilər?
- Onların müdafiəni dərhal gücləndirəcəyini deməyə çətinlik çəkirəm. Ancaq gələcək perspektivlər yaxşı addımdır. Hər sahədə qocaların yerinə cavanlar gəlir. Onlara diqqət ayırmaq və kollektivə uyğunlaşdırmaq lazımdır. Bu, gənclərin xeyrinədir.
 
- İsveçdə Bakıdan mühacir futbolçu tapıblar - Jiloan Hamad. Əvvəllər onun haqda eşitməmişsiniz? O, İsveç gənclər yığmasında çıxış edir.
- Mən də çoxları kimi bu haqda mətbuatdan bilirəm. Belə oyunçular yığmanı gücləndirə bilər. Biz də öz növbəmizdə onu isti qarşılamağa hazırıq.
 
- Ötən ili necə qiymətləndirərdiniz?
- Pis deyil. Qənaətbəxşdir.
 
- Daha yaxşı ola bilərdi?
- Bizim şəraitdə daha yaxşısını gözləmək çətindir. `Qarabağ`la biz Avropa Liqasında üç mərhələ keçdik. Almaniya çempionatında 11 xallıq fərqlə liderlik edən Dortmund `Borussia`sında dayandıq. Yığma evdə Türkiyəni məğlub etdi. Ancaq Almaniya və Avstriyada səfər oyunlarını uduzduq. Premyer Liqada `Qarabağ` hələ sona qədər qızıl medallar uğrunda mübarizə aparırdı. Demək olar ki, il yaxşı keçdi.
 
- İlin ən yaddaqalan anı - AÇ-2012-nin seçmə mərhələsində Türkiyə üzərində qələbədi ya `Qarabağ`ın Avroliqadakı uğuru?
- Hər halda düşünürəm ki, Türkiyə üzərində qələbə əhəmiyyəti etibarı ilə daha vacibdir. Ancaq heç bir halda `Qarabağ`ın uğurunu kiçiltmirəm.
 
- Yeni ildən nə gözləyirsiniz?
- 2001-ci il uğurlu olacaq. Bizə qışda yaxşı hazırlaşmaq lazımdır. Yeddi seçmə görüşümüz var. Bizi doğma divarlar arxasında Avstriya, Belçika, Almaniya ilə oyunlar gözləyir. Seçmə mərhələdə çox xal toplayaraq tarix yaza bilərik. İnşallah, Türkiyə üzərində qələbədən sonra uğurlu çıxışımızı davam etdirərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.