16 dekabr 2010 10:52
`Inter` dünya çempionatının finalına 3 cavabsız qolla vəsiqə qazandı
Klublararası dünya çempionatının digər finalçısı müəyyənləşib. Azerisport.az xəbər verir ki, ikinci finalçı İtaliya çempionu, Çempionlar Liqasının son qalibi `Inter`lə Cənubi Koreyanın `Seongnam` komandasının duelində müəyyənləşib.
Qarşılaşmanın artıq üçüncü dəqiqəsində Deyan Stankoviçin qoluyla hesabı açan milanlılar bundan 30 dəqiqə sonra Xavyer Zanettinin sayəsində fərqi artırıb. Matçda son nöqtəni isə 73-cü dəqiqədə Dieqo Milito qeyd edib.
`Inter` mundialın finalında Braziliyanın `Internacional` komandasını məğlub edərək finala çıxan Konqonun `Mazembe` klubuyla qarşılaşacaq. Asiya çempionu `Seongnam` isə `Internacional` ilə üçüncü yer uğrunda mübarizə aparacaq.
