16 dekabr 2010 10:58
“Bizim üçün `İnter` və ya MOİK-lə oyunlar arasında heç bir fərq yoxdur”
Premyer Liqanın 18-ci turunun `İnter`lə oyununun hazırlıqlarını davam etdirən `Bakı`nın moldovalı müdafiəçisi Vadim Borets qarşıdakı görüşün maraqlı keçəcəyini düşünür. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu klubun rəsmi saytına açıqlamasında bu haqda maraqlı fikirlər səsləndirib:
“Neftçi`yə qarşı kompakt oyun sərgilədik. Rəqibə qol vəziyyətləri yaratmaq üçün, demək olar ki, heç bir şans vermədik. Yaxşı oynayib, layiqli qələbə qazandıq. Hamı meydanda can qoydu. Heç kimə bu oyuna etinasız yanaşmadı. Növbəti oyun daha da məsuliyyətlidir. Çünki biz çempionatın əvvəlində çox xal itirmişik. Ona görə də bizim üçün `İnter` və ya MOİK-ə qarşı oyunlar arasında heç bir fərq yoxdur. Bizə bütün oyunlarda qələbə lazımdır. Əsas məqsədimiz xal qazanmaqdır. Çalışacağıq ki, `İnter`ə qarşı yaxşı oyun göstərib, qələbə qazanaq. `İnter` güclü rəqibdir, maraqlı oyun olacaq”.
