16 dekabr 2010 11:01
Rəşad Sadıqovun komandası 5 futbolçuyla yollarını ayırdı
Millimizin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin `Eskişehirspor` klubu 5 futbolçusuyla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Bülənt Uyğun jurnalistlərə açıqlamasında artıq ixtiyarında görmək istəmədiyi futbolçuların adlarını gizlətməyib.
Onun sözlərinə görə, bunlar Bülent Kocabey, Caner Calep, Emre Aygün, həmçinin legionerlər - Vuçko və Agim İbraimidir. Uyğun bu barədə rəhbərliyə raport göndərdiyini də sözlərinə əlavə edib: “Bəzi futbolçular mənə yaxınlaşıb, getmək istədiklərini bildirdilər. Bunlar da normal şeylərdir. Yollarımız ayrılır. Yerinə 2 və ya 3 əlavə futbolçu ala bilərik. Maddi durumumuzun imkan verdiyi qədərilə güclənməyə çalışacağıq”.
