16 dekabr 2010 11:38
`Rapid` də `Xəzər Lənkəran`a rəqib oldu
Rumıniyanın `Rapid` (Buxarest) klubu `Xəzər Lənkəran`ın əsas rəqiblərindən birinə çevrilib. Azerisport.az xəbər verir ki, buxarestlilər komandamızın almaq istədiyi `Dinamo`nun seneqallı yarımmüdafiəçisi Osman Ndoyeni transfer etmək üçün əməli fəaliyyətə başlayıb.
Rumıniya mətbuatının yazdığına görə, `Rapid` rəhbərliyi XL-nın potensial legionerinə görə 50 min avrosundan keçməklə yanaşı, həmçinin heyətindəki oyunçulardan Ştefan Qreqoru qarşı tərəfə verməyə hazırdı. Qeyd edək ki, rumın həmkarlarımız cənub təmsilçisinin bu oyunçuya görə sadəcə 50 min avro ödəməyə hazır olduğunu yazır.
