16 dekabr 2010 11:48
Millimizin kapitanı Almaniya klubları ilə üz-üzə
Millimizin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi `Eskişehirspor` klubunun qış hazırlıq planları açıqlanıb. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Bülənt Uyğun, dövrələrarası fasilədə Antalyada hazırlaşacaqları, dekabrın 27-də Bələkdə təlim-məşqə toplanacaqlarını bəyan edib:
“Təlim-məşq toplanışımızı Bələkdə həyata keçirəcəyik. Yanvarın 8, 10, 12-si və 14-də 4 hazırlıq matçı da keçirəcəyik. Rəqiblərimiz Almaniya çempionatının iştirakçıları olacaq. Yaxşı bir təlim-məşq toplanışı keçirib, ikinci dövrəyə daha güclü komanda çıxarmaq istəyirik. 15-16 yanvarda komandanı istirahətə buraxacağıq. Ardından ikinci dövrənin ilk oyunu olan `Gençlerbirliği` qarşılaşmasının hazırlıqlarına başlayacağıq”.
