16 dekabr 2010 11:54

Branimir Subaşiç: Heç kimdən və heç nədən qorxmuram

Azərbaycan milli komandasının və `Qəbələ`nin hücumçusu Branimir Subaşiç azerisport.az və “Zerkalo”ya müsahibəsində növbəti zədəsi, Berti Foqtsun sözləri və qarşıdakı AZAL ilə oyun haqda fikirlərini səsləndirib:
 
- Siz millinin bu dəfəki toplanışından da zədə səbəbindən kənarda qaldınız...
- Elədi ki var. Son iki ayda bu, artıq ikinci dəfədir. Özü də bu zədələr milliyə çağırılmağımla eyni vaxta düşür. Futbolçunun həyatında belə şeylər olur. Artıq məşq etməyə başlamışam. Baxmayaraq ki, ayağımda hələ də ağrılar qalmaqdadı. MOİK-lə oyunda da sona kimi mübarizə apara bilmədim.
 
- Milli komandanın baş məşqçisi Berti Foqts nə dedi?
- O da təəccübləndi. Hətta yarızarafat soruşdu ki, bunu qəsdən eləmirsən ki? Almaniyalı baş məşqçi həmçinin onu da qeyd etdi ki, zədəmi izləyəcək və tez sağalmağımı arzulayacaq.
 
- Yanvardakı Dubay toplanışına sizi çağırmağa hazırlaşırmı?
- Bu haqda heç bir söz demədi. Kimisə o çağırıb ki? Hələ bu haqda danışmaq çox tezdi. Hər şey mənim nə dərəcədə formada olmağımdan asılı olacaq.
 
- Ola bilərmi ki, sizin bu zədələriniz fiziki cəhətdən heç də yaxşı hazırlıqlı olmamağınızdan irəli gəlsin?
- Yox. Baxmayaraq ki, mən mövsümə `Qəbələ`ylə birgə hazırlaşmamışam, amma yenə elə bir problemim yoxdu və ola da bilməz. Ola bilsin ki, süni qazonda məşq etməyimizdən, oynamağımızdandı. Bu zədə amillərini çoxaldır.
 
- Nəyə görə siz bu mövsüm çox az qol vurursuz?
- Alınmır hələlik. Digər tərəfdən az oynayıram. Hər halda başadüşüləndi.
 
- Qorxmursunuz ki, `Qəbələ` qış fasiləsində yeni hücumçular alsın?
- İkimənalı sual verirsiniz. Heç kimdən və heç nədən qorxmuram. Əksinə daha yaxşı oynayaram. Heç kim mənim heyətə düşməyimə mane ola bilməz.
 
- Qarşıda AZAL ilə oyun var...
- Ciddi rəqibdi. Ancaq bu dəfə biz onları məğlub etməliyik.
 
- Birinci dövrədə bunu etmək mümkün idi? Məncə, onların təhlükəli vəziyyətləri sizdən daha çox olmuşdu...
- Bunu siz belə hesab edirsiz. Mənsə əksinə hesab edirəm. O zaman da `Qəbələ` meydanda daha yaxşı idi və qələbə qazanmalıydı. Biz qələbəyə köklənmişik və rəqibi `Şəfa` stadionunda məğlub etmək istəyirik.
 
- Təsadüfən AZAL-ı turnir cədvəlində qabaqlamağın planlarını cızmırsınız?
- Hazırda biz onlardan cəmi 4 xal geridəyik. Hələlik o haqda düşünməmişik. Amma istərdik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.