16 dekabr 2010 00:14

Son mundialın ən yaxşıları mükafatlarına qovuşdu

2010-cu ildə keçirilən son dünya çempionatının ulduzları – Dieqo Forlan, Tomas Müller və İker Kasilyas Almaniyanın Nürnberq şəhərində təşkil olunan tədbirdə mükafatlarına sahib çıxıblar. Azerisport.az xəbər verir ki, tədbirdə Frans Bekkenbauer də iştirak edib.
 
Daha öncə Canluisi Buffon, Oliver Kan, Fabian Bartes kimi qapıçıların layiq görüldüyü “Qızıl əlcək” mükafatına sahib çıxan Kasilyas, dünya çempionatı zamanı yalnız 2 qol buraxmasıyla bu hüququ qazanıb. Madrid `Real`ının çərçivə qoruyucusu xüsusilə final matçındakı qurtarışlarıyla ispanların ilk dəfə mundialın qalibi adını qazanmasında böyük pay sahibi olmuşdu.
 
Mundialın ulduzlarından biri də ən qolçü futbolçuya verilən “Qızıl buts” mükafatının sahibi Müllerdi. Alman futbolçu, Forlan, David Vilya və Uesli Sneyder ilə birgə çempionatı 5 qolla başa vurdu. Ancaq onun hesabında 3 məhsuldar ötürmənin olmasını da nəzərə alan təşkilatçılar mükafatın məhz Müllerə verilməsini lazım bilib.
 
Mundialın ən yaxşı oyunçusuna verilən “Qızıl buts” mükafatını isə uruqvaylı Forlan alıb. Çempionat boyunca bir-birindən gözəl 5 qol vuran Dieqo həm də Uruqvayın gözlənilmədən yarımfinala kimi irəliləməsində böyük pay sahibi idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.