16 dekabr 2010 12:47
Denis Siva: Gəncədən 3 xalla ayrılacağıq
`Neftçi`nin futbolçusu Denis Silva dekabrın 18-də Premyer Liqanın 18-ci turu çərçivəsində keçiriləcək `Gəncə` ilə səfər oyunu haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, braziliyalı müdafiəçi klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“Gəncə` çox güclü komandadır. Üstəlik, onlar doğma meydanda oynayacaqlarından, qarşılaşma çətin keçəcək. `Gəncə` “altılıq” uğrunda mübarizə aparır və turnir cədvəlində irəliləmək istəyir. Buna görə də rəqib də 3 xal üçün mübarizə aparacaq. Əsas heyətin üzvlərindən zədəli olanları var. Buna baxmayaraq, düşünürəm ki, onları əvəz edəcək futbolçular komandaya kömək ola biləcəklər və biz Gəncədən 3 xalla ayrılacağıq”.
