17 dekabr 2010 15:20
`Barcelona` `Arsenal`la, Inter` `Bayern`lə düşdü (YENİLƏNİB)
Bu gün Bakı vaxtı ilə saat 15:00-da UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, yarışın qaydalarına əsasən qrupda birinci yeri tutan komandalar digər qrupların ikinciləri ilə qarşılaşacaqdı. Lakin eyni qrupda mübarizə aparmış və eyni ölkəni təmsil edən komandalar bir-birilə qarşılaşa bilməzdi. Qrup qalibləri pley-off mərhələsinin ilk görüşlərini səfərdə keçirəcəkdilər. Püşkatma nəticəsində pley-off mərhələsində məhz bu cütlüklər növbəti mərhələyə adlamaq uğrunda mübarizə aparacaq:
Çempionlar Liqası:
Roma (İtaliya) - Shakhtar (Ukrayna)
Milan (İtaliya) - Tottenham (İngiltərə)
Valencia (İspaniya) - Schalke (Almaniya)
Olympique Marseille (Fransa) - Manchester United (İngiltərə)
Arsenal (İngiltərə) - Barcelona (İspaniya)
Inter (İtaliya) - Bayern München (Almaniya)
København (Danimarka) - Chelsea (İngiltərə)
Olympique Lyonnais (Fransa) - Real Madrid (İspaniya)
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları fevralın 15-16-sı, cavab görüşləri isə fevralın 22-23-də keçirələcək.
