17 dekabr 2010 14:14

Nasimov rəsmən Özbəkistan millisinə çağırıldı

`Neftçi`nin hücumçusu Bahodir Nasimov Özbəkistan millisindən rəsmi dəvət alıb. Azerisport.az xəbər verir ki, özbəklərin dekabrın 18-dən etibarən Birləşmiş Ərəb Əmirliklərində başlayacaq təlim-məşq toplanışına dəvət alan oyunçuların arasında paytaxt klubunun hücumçusunun da adı var.
 
Nasimov yığmanın heyətində yanvarın 7-dən 29-dək Qətərdə təşkil olunacaq Asiya Kuboku-2011-ə hazırlıq məqsədilə keçiriləcək təlim-məşq toplanışında da iştirak edəcək. Bu haqda Nasimovla baş məşqçi Arif Əsədov arasında olan söhbətdən sonra qərar verilib. Bahodir Özbəkistan yığmasının heyətində təlim-məşq toplanışında iştirak etmək üçün dekabrın 20-də Dubaya yollanacaq.
 
Qeyd edək ki, Asiya kuboku-2011-də oynayacağından, özbək forvard dekabrın 23-də keçiriləcək Premyer Liqanın 19-cu turunun `Turan`la görüşündə, eləcə də `Neftçi`nin yanvarda Türkiyədə keçirəcəyi təlim-məşq toplanışında çıxış etməyəcək.
 
Qeyd edək ki, Nasimov məhz Azərbaycan Premyer Liqasının cari mövsümündə rəqib qapılarından 14 qol keçirməklə ölkəsinin millisindən dəvət alıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.