17 dekabr 2010 14:31
Arif Əsədov: Gəncədə oynamaq çətindir
`Neftçi`nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın növbəti turunun `Gəncə` ilə səfər oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında paytaxt klubunun çalışdırıcısı bunları söyləyib:
“Bizə 3 xal qazanmaq lazımdır. Gəncədə oynamaq həmişə çətindi. Baxmayaraq ki, ilk dövrədəki oyunda biz 6:2 hesabıyla qələbə qazanmışdıq, ancaq onun asanlıqla başa gəldiyini demək olmaz. Eyni sözləri kubok oyunundakı qələbəyə də aid etmək olar. Hansı ki, həmin oyunda `Gəncə` bir neçə qol vəziyyətini dəyərləndirə bilməmişdi”.
