17 dekabr 2010 14:39
Vitali Kovalyovun komandası üçün yeni baş məşqçi
Türkiyənin Bank Asiya birinci liqa təmsilçisi `Kartalspor`un yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, heyətində Vitali Kovalyovun da yer aldığı komandaya bundan sonra Kadir Özcan rəhbərlik edəcək.
Maraq üçün bildirək ki, uğursuz çıxış ötən həftə sabiq baş məşqçi Ergün Penbenin istefasıyla nəticələnmişdi. Belədə klub prezidenti Binali Aydın, ötən mövsüm də bu komandanı çalışdıran Kadir Özcan ilə cari mövsümün sonunadək anlaşmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Kovalyov Penbenin dövründə heyət üzünə həsrət idi. İndi yeni baş məşqçinin dövründə onun aqibətinin necə olacağı maraqla gözlənilir.
