17 dekabr 2010 02:16
Millimizin rəqibinin düşərgəsində kapitanlıq davası bitmək bilmir
AÇ-2012-nin seçmə mərhələsində rəqiblərimizdən olan Almaniya yığmasında kapitanlıq üstündə gedən dava səngimək bilmir. Filipp Lamın milli komandanın kapitanlığını heç kimə vermək fikrində olmadığını açıqlamasından sonra, sabiq kapitan Mihael Ballak onu yenidən topa tutub.
`Bayer Leverkusen`in təcrübəli orta sahə oyunçusu “Express”ə açıqlamasında bunları dilə gətirib: “Əlbəttə kapitanlığı istəməsindən daha təbii bir şey yoxdu. Ancaq bunu mətbuata dönə-dönə açıqlaması doğru deyil. Məncə bu, hörmətsizlikdi. Belə bir dövrdə hər kəsin diqqətini çəkməyə çalışmaq səhvdir. Onun özüylə o vaxtdan bəri çox az danışmışam. İstərdim ki, gəlib mənimlə üz-üzə bu mövzunu müzakirə etsin. Mən əlimdən gələni edib, milli komandaya dönmək istəyirəm. Bu haqda çox müzakirələr aparmağı isə istəmirəm”.
