17 dekabr 2010 02:24
Borbikoni hər oyunda ona dəstək verən həmyerlilərindən danışdı
Premyer Liqanın son turunun `Neftçi` ilə oyunun qəhrəmanlarından birinə çevrilən `Bakı`nın müdafiəçisi Stefan Borbikoni klubun saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, Stefan söhbət zamanı “zolaqlılar”ın Premyer Liqadakı çıxışı, vurduğu qollar və azarkeşlərin stadiondan asdığı bannerə toxunub:
`Neftçi`oyununda komandamız mükəmməl oynadı. Rəqibimiz çempionatın lideri, əsas favoritlərdən biri olduğu üçün bu, bizə əlavə motivasiya verirdi. Çox sevinirəm ki, 3 xalı qazandıq. Hamı bacardığını etdi. Mən çox sevinirəm ki, 2 cavabsız qol vuraraq belə bir güclü kluba qalib gəldik. Özümdən çox Jabanın qol vurmasına sevindim. Çünki o, bu qolu uzun müddət idi ki, gözləyirdi. Bundan sonra onun qolları sıralayacağına şübhəm yoxdur. İlk altılığa düşmək baxımından çox önəmli oyun oldu. Həyat davam edir. Qarşıda bizi bir-birindən çətin oyunlar gözləyir. Bu həftə çempion `İnter`ə qarşı da bu cür mübarizə aparmalıyıq. Bu oyunda bizə yalnız 3 xal lazımdır”.
Borbikoni komandasının hər oyununda xüsusilə onu dəstəkləməyə gələn azarkeşlərin kim olduğunu da açıqlayıb: “Fransanın Azərbaycandakı səfirliyində çalışan həmvətənlərimin `Bakı`nın oyunlarına gəlməsi məni cox sevindirir. Bu, mənim üçün xoş sürpriz oldu. Fransanın bayraqlarını və adımı tribunalarda asılan bannerdə görəndə çox sevindim. Bu amil mənim daha inamlı oynamağıma səbəb oldu. Hamıya dəstək üçün təşəkkür edirəm”.
