17 dekabr 2010 02:57
Andrey Burkovski: `İnter`in şansı çoxdu, ancaq favorit deyil
Moldovanın `İskra-Stal` komandasının kapitanı Andrey Burkovski azerisport.az və “Zerkalo”nun sullarını cavablayıb. O, “Birlik kuboku” çərçivəsində qarşılaşacaqları Azərbaycan çempionu `İnter`lə oyundan danışıb.
- Püşkatmanın nəticələrini necə qəbul etdiniz?
- Prinsipcə, uğurlu püşkatmadır. Azərbaycan çempionunun şansları daha çoxdur. Qalan komandaların isə hamısı ilə oynamaq və qalib gəlmək olar.
- Yeri gəlmişkən, sizin üçün `İnter` ilk səbətdən çıxan ən sərfəli rəqibdir?
- Şübhəsiz, komandanız `Zenit`lə Kiyev `Dinamo`sunun əvəzedicilərindən güclüdür. Axı Azərbaycan çempionu, yəqin ki, əsas heyətlə gələcək.
- Bəs sizin bu turnirdə şanslarınız və məqsədiniz necədir?
- Şanslardan danışmaq çətindir. Axı biz rəqiblərimiz haqda heç nə bilmirik. Bircə dəfə də olsun bu komandaları iş başında görməmişəm. Məqsədə gəlincə, nə qədər mümkünsə, o qədər də irəli getməyi hədəfləmişik.
- `İnter` haqda nə bilirsiz?
- Ancaq eşitmişəm. Danışırlar ki, pis komanda deyil. Mənə bu haqda az da olsa `Muğan`ın sabiq oyunçusu Vladimir Tsaranu danışıb. Sizin komandada çoxlu legioner var. Onlardan çoxu kifayət qədər yaxşı formadadırlar. Azərbaycan çempionatı güclü turnirdisə, müvafiq olaraq çempionu da ciddi rəqib hesab olunmalıdı.
- Bizim komandanı aşkar favorit adlandırmaq olarmı?
- Xeyr. O sadə səbəbdən ki, oxşar mühakimələr üçün informasiya kifayət deyil.
- Hərçənd, informasiya toplamalı olacaqsız, yoxsa bunun üçün turniri o qədər də ciddi hesab etmirsiz?
- Bu, məşqçi korpusunun işidir, hansı ki, bizdə də o, hələlik yoxdur. Məşqçimiz müəyyənləşəndə, buna da aydınlıq gələcək.
- Azərbaycan komandalarının Moldova klublarıyla oyunlarının statistik vəziyyətindən xəbəriniz varmı?
- Bəli. Ancaq hər halda statistika bizimlə birgə oynamayacaq və bu bizi favorit etmir. Qələbə naminə özümüz döyüşməli olacağıq. Komandanızla oyunda futbolsevərlərimizin müsbət hisslərini korlamamağa çalışacağıq.
- Yeri gəlmişkən, bu oyunda özünüzü yaxşı tərəfdən göstərib, Azərbaycan Premyer Liqasının iştirakçılarından təklif almaq haqda düşünmürsüz?
- Düşünürəm. İstəyirəm ki, `İskra-Stal`ın heyətində oyunumla önə çıxım. Özümü təkcə Azərbaycan klublarının yox, digər klubların da qarşısında yaxşı tərəfdən göstərmək istəyirəm. Mənim daha güclü çempionatda oynamaq arzum var.
