17 dekabr 2010 16:27
`Gəncə` `Neftçi` ilə oyuna ciddi itkilərlə çıxacaq
Premyer Liqanın 18-ci turunda `Neftçi`ni qəbul edəcək `Gəncə` şənbə günü keçiriləcək oyuna bir sıra itkilərlə çıxacaq. Azerisport.az xəbər verir ki, ayaq damarı qırılan Ceyhun Sultanov və qabırğası sınan Xəyal Mustafayev `Neftçi` ilə oyunda iştirak edə bilməyəcək. Kamerunlu Armand Feutçinenin meydana çıxması da sual altındadır.
Bu gün oyunöncəsi son hazırlığını keçəcək `Gəncə` `Neftçi` ilə qarşılaşmada qələbə qazanaraq Premyer Liqada və Azərbaycan kubokunda bu rəqibindən aldığı məğlubiyyətlərin əvəzini çıxmaq əzmindədir.
