17 dekabr 2010 17:34
Foqts Mirça Rednik və Arif Əsədovla görüşəcək
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Premyer Liqamızda çıxış edən klublardakı həmkarlarıyla görüşlərini davam etdirir. Azerisport.az xəbər verir ki, bu günlərdə `Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov və `Bakı`nın çalışdırıcısı Vinfrid Şeferlə görüşən almaniyalı müyəxəssis yaxın günlərdə Arif Əsədov (Neftçi), Mirça Rednik (Xəzər Lənkəran), Nazim Süleymanov (AZAL) və Kaxaber Sxadadze (İnter) ilə də danışıqlar aparacaq.
