17 dekabr 2010 18:06
Emil Mpenza: XL-nı qış fasiləsinə kimi qabaqlamağa cəhd etmək lazımdı
`Neftçi`nin hücumçusu Emil Mpenza azerisport.az saytına müsahibəsində Premyer Liqanın 18-ci turunun `Gəncə` ilə oyunundan və komandadakı durumundan danışıb.
- Artıq `Bakı` ilə oyundakı məğlubiyyətdən nəticə çıxarmısınızmı?
- Geriyə boylanmaqdansa, irəli baxmaq daha yaxşı olardı. Bu ilin sonuna kimi bizi `Gəncə` və `Turan`la oyunlar gözləyir. Bu matçlarda mütləq qələbə qazanmalıyıq. Biz `Xəzər Lənkəran`dan elə də çox geri qalmırıq. Ona görə də elə bu il də onları qabaqlamağa cəhd etmək lazımdı.
- İkinci dövrədə `Neftçi` birinciyə nisbətən heç də xoş təsir bağışlamır...
- Biz uzun müddət liderlik edirdik. Turdan-tura bizim işimiz çətinləşirdi. Bizə qarşı oynamaq artıq fərqli futbol hesab olunurdu. Bütün komandalar bizə qarşı daha layiqli oyun sərgiləməyə çalışırdılar.
- Qarşıda heç də asan olmayan `Gəncə` ilə oyun var, hansı ki, bu mövsüm həm çempionatda, həm də kubokda onları məğlub etmisiz. Ancaq əsas rəqibiniz olan hazırkı lider onlara məğlub olub...
- Bu dəfə heç də asan olmayacaq. Nəzərə almaq lazımdır ki, əvvəlki görüşlərdən biri də kubok mücadiləsi idi. Bizə Gəncədən xal itirmədən dönmək lazımdı.
- Bu dəfə xal itirməkdən qorxmursunuz ki?
- Bu, bizim planlarımıza daxil deyil. Çünki indiki turnir vəziyyətini nəzərə alsaq, bundan biz heç bir fayda götürə bilmərik.
- Yeri gəlmişkən, son oyunlarda siz artıq heyətə düşməyə başlamısınız. Bu, nədən irəli gəlir?
- Mən bunu izah edə bilmərəm. Hər şeyə baş məşqçi qərar verir. İstənilən halda takiti qərarlardı.
- Eşitmişik ki, qış fasiləsində `Neftçi`dən gedəcəksiz. Bu xəbərə münasibətinizi bilmək istərdik...
- Nə səbəbə?
- Guya, Azərbaycan çempionatının səviyyəsi sizi qane etmir.
- Bu, ola bilməz. Burda məni hər şey qane edir və qışda heç hara getməyi planlaşdırmıram.
