17 dekabr 2010 11:42

Kamran Ağayev: Şübhəsiz, o, ən yaxşıdır

Azərbaycan yığmasının və `Xəzər Lənkəran`ın qapıçısı Kamran Ağayev azerisport.az və “Zerkalo”nun suallarını cavablayıb.
 
- Sizin fikrinizcə, 2010-cu ilin ən güclü futbolçusu kimdi?
- Mən son günlərdə bu sualı gözləyirdim və qorxurdum. Cavab vermək istəmirəm. Səbəbi sadədir – konkret kimisə seçə bilmərəm. Əsas namizədlərin demək olar ki, hamısı 2010-cu ili normal başa vurub, ancaq heç biri ciddi fərqlənməyib. Odu ki, ad çəkməli olsam, onluğun adını bir-bir deyə bilərəm, amma yalnız birinə səs vermək lazımdı.
 
- Onda namizədlərin adlarını deyin...
- Ruslan Abışov, Maksim Medvedev, Rəşad Sadıqov, Mahir Şükürov, Vaqif Cavadov, Elnur Allahverdiyev... Milli üzvlərinin hamısını yaxşı hesab etmək olar. Həmçinin klubunda özünü yaxşı tərəfdən göstərən futbolçular da var. Məsələn, Samir Zərgərov, Rauf Əliyev.
 
- Saytımızda sorğu gedir və sizin adını çəkmədiyiniz Əfran İsmayılov liderdir...
- Deməli, o, buna layiqdi. Sorğunuzu müzakirə etməyəcəm. Yaxşısı budu nəticəni gözləyək.
 
- Bəs 2010-cu ilin ən yaxşı məşqçisi kimdi?
- Mənim üçün bir neçə məşqçi var ki, yaxşı hesab edirəm. Mirça Rednikdən başlayaraq Qurban Qurbanova kimi. Rednik XL-nı daha da güclü edib. Qurbanovsa ayrı tarixdi. Artıq ikinci ildi ki, `Qarabağ` bütün ölkəmizi sevindirir. Şübhəsiz, o, ən yaxşıdır. Hətta deyərdim ki, o, favorit yox, qalibdir.
 
- İlin ən yaxşı komandası kimi `Qarabağ`ı görürsüz yoxsa `Xəzər Lənkəran`ı?
- Hər ikisi böyük iş gördü – axı qələbə qazanmaq bizim işimizdi. Bilmirəm hansını daha yaxşı hesab etmək olar. Hər halda sorğunuzun sonunda bu iki variantın hər birinə razı olaram.
 
- Siz həm də idmanın digər sahələri ilə maraqlanırsınız. Başa çatmaqda olan ildə hansı uğurları qeyd edə bilərdiniz?
- Mənim daha çox güləş ürəyimcə oldu. Baş məşqçi Fərid Mansurov mənim yaxın dostumdu. O, əla idmançıdı. Göründü ki, həm də yaxşı məşqçidi.
 
- Yeri gəlmişkən, o, sorğuda ilin ən yaxşı məşqçisidi
- Mən çox istərdim ki, o, qalib gəlsin. Bilirsiz ki, ona heç də asan olmayıb. Onun onurğasında zədə olduğundan karyerasını bitirməli oldu. Bu, çox çətindi. Mansurov gələcək nəslə bir nümunədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.