17 dekabr 2010 12:16
Millimizin kapitanı `Werder` və `Schalke` ilə üz-üzə
`Eskişehirspor`un Türkiyə Superliqasının ikinci dövrəsinə hazırlıq planlarına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun da çıxış etdiyi qardaş ölkə təmsilçisi öncədən də xəbər verdiyimiz kimi, hazırlıq zamanı 4 sınaq matçında qüvvəsini sınamağı planlaşdırır.
Artıq həmin rəqiblərin kimliyi də müəyyənləşib. Eskişehirlilər yanvarın 8-də İsveçin `Ergsebirge`, 10-da və 12-də müvafiq olaraq Almaniyanın `Werder`və `Schalke` klublarıyla, 14-də isə Hollandiyanın `Villem II` komandasıyla yoxlama görüşü keçirəcək.
