17 dekabr 2010 12:22

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Bu gün Bakı vaxtı ilə saat 16:00-da UEFA Avropa Liqasının 1/16 və 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, püşkatma ərəfəsində pley-off mərhələsinin iştirakçısı olan 32  komanda iki səbətə yerləşdirilib. Reqlamentə əsasən bu mərhələyə Avroliqanın 12 qrupundan ilk iki yeri tutmuş 24 komanda ilə yanaşı ÇL-in qrup üçüncüləri olan 8 komanda (Moskva `Spartak`ı, Braga, Ajax, Twente, Rubin, Basel, Rangers və Benfica) qatılır.
 
Püşkatma qaydalarına əsasən 1/16 finalın püşkatması aşağıdakı şərtlər daxilində keçiriləcək:
- Eyni ölkədən olan komandalar bu mərhələdə qarşılaşa bilməz;
- Qrup mərhələsində qarşılaşmış komandalar bir-birinə rəqib ola bilməz.
- ÇL-in qrup mərhələsində ən yaxşı üçüncü nəticəni göstərmiş 4 ən yaxşı komanda (Spartak, Braga, Ajax, Twente) Avroliqanın 12 qrup qalibinin yerləşdiyi 1-ci səbətdə yer alıb. ÇL-in yerdə qalan 4 qrup üçüncüsü isə (Rubin, Basel, Rangers, Benfica) Avroliqa qrup ikincilərinin yer aldığı 2-ci səbətdə qruplaşdırılıblar.
- İkincilər ilk görüşləri öz meydanında keçirəcəklər.
 
1/16 final mərhələsinin püşkü atıldıqdan dərhal sonra 1/8 final mərhələsinin püşkləri müəyyənləşdiriləcək.
1/8 final:
- Bu mərhələdə komandaların adları deyil, əvvəlki mərhələdə oyun cütlərinin nömrələndiyi kürəciklər rəqibləri müəyyən edəcək. Hər kürəciyə müvafiq sayda “1-ci oyunun qalibi” və “2-ci oyunun qalibi” və sair yazılmış kağız yerləşdiriləcək. Bu kağızlar da gələcək rəqibləri qarşılaşdıracaq. Püşkatma vaxtı 1/8 finalın gələcək iştirakçıları 8 cütlüyə ayrılacaq. Hər cütdə səbətdən cütlük nömrələri ilk çıxan kürəcik sahibləri ilk oyunu evdə keçirəcəklər. Bu mərhələdə komandaların qarşılaşması ilə bağlı heç bir məhdudiyyət yoxdur.
 
Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu 2011-ci il mayın 18-də İrlandiyanın paytaxtı Dublin şəhərində “Lansdowne Road” stadionunda baş tutacaq.
 
UEFA Avropa liqasının 2010/2011-ci illər mövsümü 1/16 final mərhələsinin püşkatması ərəfəsində səbətlərin tərkibi ilə tanış olun:
 
1-ci səbət
 
Manchester City (İngiltərə)
Bayer Leverkusen (Almaniya)
Sporting (Portuqaliya)
Villarreal (İspaniya)
Dynamo (Kiyev, Ukrayna)
CSKA (Moskva, Rusiya)
Zenit (Rusiya)
Stuttgart (Almaniya)
PSV Eindhoven (Hollandiya)
Paris Saint-Germain (Fransa)
Liverpool (İngiltərə)
Porto (Portuqaliya)
Spartak Moskva (Rusiya)*
Braga (Portuqaliya)*
Ajax (Hollandiya)*
Twente (Hollandiya)*
 
2-ci səbət:
 
Lech (Polşa)
Aris (Yunanıstan)
Lille (Fransa)
PAOK (Yunanıstan)
BATE (Belarus)
Sparta (Çexiya)
Anderlecht (Belçika)
Young Boys (İsveçrə)
Metalist (Ukrayna)
Sevilla (İspaniya)
Napoli (İtaliya)
Beşiktaş (Türkiyə)
Rubin (Rusiya)*
Basel (İsveçrə)*
Rangers (Şotlandiya)*
Benfica (Portuqaliya)*
 
Qeyd: Adlarının qarşısında * işarəsi olanlar Çempionlar Liqasının qrup üçüncüləridi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.