18 dekabr 2010 13:04
Vinfrid Şeferin `Qarabağ`ın oyunçusuna gözü düşüb
`Bakı`nın baş məşqçisi Vinfrid Şefer Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla görüşü barədə fikirlərini bildirib. Azerisport.az saytına müsahibəsində alman mütəxəssis həmyerlisi ilə görüşünə dair bunları dilə gətirib:
“Onunla son görüşümüzdə çox şeydən danışdıq. Azərbaycan futbolundan, yığma komandadan danışdıq. Mən ona dedim ki, millinin toplanışları mənim üçün problem deyil. Həmçinin ölkə çempionatının son oyunlarından da danışdıq. Mənim `Qarabağ`ın oyunçusu Elvin Məmmədovun oyunundan çox xoşum gəlir. Düşünürəm ki, təlim-məşq toplanışında Foqtsa da özünü göstərə biləcək”.
