18 dekabr 2010 14:51
Millimizin üzvü yaşıl meydanlara qayıtdı
Bu gün keçirilən Premyer Liqanın 18-ci turunun açılış oyunu - `Qarabağ` - `Muğan` dueli millimizin oyunçularından biri üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, uzun müddətdi zədədən çəkən təcrübəli müdafiəçi Samir Abasov yenidən yaşıl meydanlara qayıdıb.
Baş məşqçi Qurban Qurbanov son dövrlər komandayla birgə ümumi məşqlərə başlayan futbolçunu ikinci hissənin ortalarında meydana buraxmaqla, onun meydana dönməklə bağlı həsrətinə son qoyubş
