18 dekabr 2010 16:09
Qurbanov üçün həm asan, həm də gərgin oyun
`Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən Premyer Liqanın 18-ci turunun `Muğan`la oyunu (2:0) haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı qarşılaşmadan sonrakı mətbuat konfransında bunları dilə gətirib:
“Bu günkü oyunumuz bir tərəfdən adi hesab olunsa da, digər tərəfdən də çox gərgin alındı. `Muğan` sonadək mübarizə apardı. Amma bizim qol vəziyyətlərindən yararlana bilməyimiz, hesabı qorumağı bacarmağımız qələbəmizi təmin etdi. Bu komandanın oyunlarını izləmişdim və çətin olacağını bilirdik. `Muğan` çox yaxşı komandadı. Gələcək oyunlarında uğurlar arzulayıram”.
