18 dekabr 2010 16:23
Premyer Liqanın 2 oyunu təxirə salındı
İngiltərə Premyer Liqasında bu gün oynanılması nəzərdə tutulan iki qarşılaşma təxirə salınıb. Azerisport.az xəbər verir ki, `Wigan` - `Aston Villa` və `Liverpool` - `Fulham` matçları əlverişsiz hava şəraiti səbəbindən başqa tarixə keçirilib.
Qeyd edək ki, müvafiq olaraq saat 19:00-da və 21:30-da başlaması gözlənilən qarşılaşmaların keçiriləcəyi stadionlar hazırda qar altında qalıb. Avropa ölkələrini bürüyən qar yağışları problem yaratdığından, İngiltərəə Futbol Federasiyası məhz təxirəsalma qərarı çıxarmaq məcburiyyətində qalıb. Federasiya Premyer Liqa ilə yanaşı, aşağı divizionlarda da əksər matçların başqa tarixə keçirilməsinə qərar verib.
