18 dekabr 2010 16:52
`Muğan`ın baş məşqçisi: `Qarabağ` layiqli qələbə qazandı
`Muğan`ın məşqçisi Bəhmən Həsənov bu gün keçirilən Premyer Liqanın 18-ci turunun `Qarabağ`la səfər oyunu (0:2) haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonrakı mətbuat konfrasında Salyan klubunun çalışdırıcısı bunları dilə gətirib:
“Bugünkü oyun çox ağır keçdi, gərgin mübarizənin şahidi olduq. Həm də biz dünya futbolunda analoqu olmayan bir hadisəylə üzləşdik. Hakimin səhvi ucbatından birinci hissədə cəmi 43 dəqiqə oynadıq. Ceyhun Haşımov yersiz qərarları ilə diqqəti ilə cəlb etdi. `Qarabağ` klubu ölkəmizi Avropada layiqincə təmsil etmiş çox güclü komandadır. Bu gün rəqibimiz mübarizə apardı, layiqli qələbə qazandı. Bir sıra gənc və perspektivli oyunçuları heyətimizə cəlb etmişdik. Növbəti oyunlarda onlardan yararlanmağı düşünürük. `Qarabağ`a bu il də Avrokuboklarda ölkəmizi layiqincə təmsil etməyi arzulayıram”.
