18 dekabr 2010 17:06
Arif Əsədov: Yaxşı oyun göstərib qalib gəldik
Bu gün Premyer Liqanın 18-ci turu çərçivəsində səfərdə `Gəncə` üzərində 4 cavabsız qolla qələbə qazananan `Neftçi`nin baş məşqçisi Arif Əsədov matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, görüşdən sonrakı mətbuat konfransında paytaxt klubunun çalışdırıcısı bunları söyləyib:
“Bugünkü oyuna ciddi hazırlaşmdışdıq. `Bakı`ya son turdakı məğlubiyyətdən sonra qələbə bizim üçün çox vacib idi. Futbolçularıma minnətdaram, yaxşı oyun göstərib qalib gəldik”.
