18 dekabr 2010 18:38
Premyer Liqanın 18-ci turunu don vurdu
Avropa ölkələrini bürüyən qar yağışları İngiltərə Premyer Liqasının bu turunu dondurdu. Azerisport.az xəbər verir ki, öncə cəmi iki oyununun təxirə salındığı açıqlanan İngiltərə çempionatının 18-ci turununun daha 3 görüşü başqa tarixə keçirilib.
Öncə `Wigan` - `Aston Villa`, `Liverpool` - `Fulham` matçlarının baş tutmayacağını bəyan edən ingilislər artıq `Arsenal` - `Stoke City`, `Birmingham` - `Newcastle`, həmçinini bu turun mərkəzi görüşü, bütün dünyanın maraqla gözlədiyi `Chelsea` - `Manchester United` matçının da baş tutmayacağını açıqlayıblar.
