18 dekabr 2010 19:14
“Bu oyun bizim üçün dönüş nöqtəsi idi”
`İnter`in baş məşqçisi Kaxaber Sxadadze bu gün keçirilən Premyer Liqanın 18-ci turunun `Bakı` ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gürcü, 2:1 hesablı əzmkar qələbələri haqda bunları söyləyib:
“Oyunun maraqlı və gərgin keçəcəyini bilirdik, bu gün bunun şahidi olduq. Adi epizodda səhv buraxdıq, qapımızda qol gördük. Lakin komandamın hesabı bərabərləşdirəcəyinə əmin idim. `Bakı`nın oyununu çox yaxşı təhlil etmişdik, zəif cəhətlərini bilirdik. Bu oyun bizim üçün dönüş nöqtəsi idi. Qalib gəldiyimiz üçün şadam”.
